İyulun 2dən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər 2ci doza vaksini mütləq vurdurmalıdırlar


Digərləri 14 İyl 2021 10:13:00 113 0

İyulun 2dən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər 2ci doza vaksini mütləq vurdurmalıdırlar

"İmmunitet sertifikatı" koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PZR testi vermiş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər "İmmunitet sertifikatı" əldə edə bilərlər.

Son.az bildirir ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında bildirilib.

Qeyd olunub ki, COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı rəsmi qeydiyyata düşmüş şəxslər "İmmunitet sertifikatı" əldə edə bilərlər:

"Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən "İmmunitet sertifikatı"nın etibarlılıq müddəti 6 ay qəbul edilib. Bildiirlib ki, 2 iyul 2021-ci il tarixindən sonra "İmmunitet sertifikatı"nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin "İmmunitet sertifikatı" müddətsiz olaraq uzadılır. 2 iyul 2021-ci il tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

Son.az