“İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz etmək qaydası açıqlandı


Digərləri 14 İyl 2021 10:19:00 128 0

“İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz etmək qaydası açıqlandı

"İmmunitet sertifikatı"nı "Peyvənd sertifikatı" ilə əvəz etmək üçün Azərbaycanda tətbiq olunan hər hansı vaksinin 2 dozasını qəbul etməklə, "Peyvənd sertifikatı" əldə edə bilərsiniz. https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında bildirilib.

Qeyd olunub ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. "Peyvənd sertifikatı"nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.