Geyimini tənqid edənlərə di


Şou-biznes 14 İyl 2021 09:39:00 138 0

Geyimini tənqid edənlərə di

Müğənni Gülşen sonuncu konsertində geyindiyi transparan geyimi ilə bağlı tənqidlərə cavab verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni İnstaqram hesabında istədiyi geyimi geyinməkdə sərbəst olduğunu vurğulayıb:

"Sonuncu konsertimdə istədiyim hər şeyi geyinmək sərbəstliyimdən istifadə edərək seçdiyim paltar, bir çox fərqli, amma ən vacibi şəxsi seçimlərimə olan hörmət sərhəddini aşan şərhlər eşitməyimə səbəb oldu.

Sizlərə çox kiçik xatırlatma etmək istəyirəm. Nə geyinəcəyimə, nə düşündüyümə, necə yaşamaq və var olmaq istədiyimə özüm qərar verə bilirəm. Necə ki, sizin də həyatınızda olduğu və ya olmalı olduğu kimi. Bir cəmiyyəti təşkil edən bütün parçaların, hər cür fikirdən, hər etiqaddan olan insanların bir-birinə zərər vermədən, istədiyi şəkildə barış şəklində yaşamasıdır bütün hekayə... Bu gün bir toplum olaraq gəldiyimiz nöqtədə bunu xatırlatmalı olmağım kədərlidir. Ancaq mənə ürəkləri və ağılları ilə müşayiət edənlərə, ümid arzulayanlara təşəkkür edirəm. Elə həyat doluyuq ki, yox etdiklərini düşünərək kök salırıq".