Bakıda torpağın qiyməti ucuzlaşıb


Digərləri 14 İyl 2021 09:24:00 109 0

Bakıda torpağın qiyməti ucuzlaşıb

Bakıda ötən illə müqayisədə torpağın qiyməti ucuzlaşıb.

MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ilin iyun ayı ilə müqayisədə torpağın qiymətində 10.22 % ucuzlaşma müşahidə edilib, lakin bu ilin iyun ayında torpaq qiymətləri 0.49 % bahalaşıb.

Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

Belə ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiyməti 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz bahalaşıb.