Bakıda restoranda yanğın olub


Digərləri 14 İyl 2021 08:52:00 115 0

Bakıda restoranda yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 m² olan restoranın mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı hər birinin tutumu 25 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.