Qızını xilas etmək istəyən ana boğulub öldü


Digərləri 14 İyl 2021 08:35:00 110 0

Qızını xilas etmək istəyən ana boğulub öldü

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Son.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Diləfruz Mustafayeva Məmmədağa qızı övladı 13 yaşlı Lamiyənin Samur-Abşeron su kanalına düşdüyünü görüb, onu xilas etmək üçün suya atılıb.

Kənardan yoldaşının özünü suya atdığını görən həyat yoldaşı Asəf Mustafayev də özünü kanala atıb. Uşağı xilas edə bilib.

Yaxınlıqda olan şəxslə yoldaşını xilas etməyə cəhd etsə də mümkün olmayıb. Diləfruz Mustafayevanın meyiti bir neçə kilometr məsafədən sudan çıxarılıb.

Lamiyə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə (ayağı sınıb) Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Asəf Mustafayevin Samur-Abşeron Kanalında (SAK) gözətçi işlədiyi bildirilir.

Xatırladaq ki, bu artıq son illər ərzində birinci hadisə deyil, ərazidən keçən Samur-Abşeron və Samur-Dəvəçi su kanallarının üzərində qoruyucu örtük və ya ərazini mühafizə dəmir torlarla əhatələnməməsi insanların və heyvanların bu kanallara düşməsinə səbəb olur.

Faktla bağlı araşdırma aparılır.