“Bakı gözəlliyi və mədəniyyəti ilə seçilir” Kaxa Kaladze


Digərləri 14 İyl 2021 08:37:00 258 0

“Bakı gözəlliyi və mədəniyyəti ilə seçilir”  Kaxa Kaladze

"Əvvəllər nazir işləyəndə də Bakıya tez-tez gəlirdim. Bu şəhər memarlığı ilə ad çıxarıb. Son vaxtlarda Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib".  

Son.az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərlə verdiyi müsahibədə deyib.

Ölkəsində Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verildiyini deyən qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin iki paytaxt şəhər arasında münasibətlərin daha da inkişafı üçün böyük rol oynayacağını bildirib.

Gürcüstan paytaxtının meri həmçinin Bakının gözəlliyinə valeh olduğunu deyərək şəhərdə görülən quruculuq, yaşıllaşdırma və abadlıq işlərinə yüksək qiymət verib.

"Bakı çox təmiz şəhərdir. Bu şəhər gözəlliyi, mədəniyyəti, burada yaşayan insanları ilə seçilir", - deyə qonaq fikrini çatdırıb.