İsraildə ötən sutka koronavirusa 1 198 nəfər yoluxub


Dünya 14 İyl 2021 08:15:00 175 0

İsraildə ötən sutka koronavirusa 1 198 nəfər yoluxub

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 198 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 847 525 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 1 nəfər ölüb və ölənlərin ümumi sayı 6 439 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 836 255 nəfəri sağalıb, aktiv xəstələrin sayı 4 831 nəfərə qədər artıb.