Kanadada tikinti kranının aşması nəticəsində 4 nəfər həlak olub


Dünya 14 İyl 2021 07:55:00 133 0

Kanadada tikinti kranının aşması nəticəsində 4 nəfər həlak olub

Kanadanın Kilouna şəhərində (Britaniya Kolumbiyası əyaləti) tikinti kranı aşıb.

Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, kranın aşması nəticəsində azı 4 işçi həlak olub, 2 nəfər isə xəsarət alıb.

Bildirilir ki, kranın bir neçə hissəsinin yaxınlıqdakı binanın üzərinə düşməsi nəticəsində 1 nəfərin öldüyü ehtimal edilir, lakin dağıntıların çox olması səbəbilə meyitin axtarışları aparılır.

Hazırda hadisə yerində xilasedicilər işləyir, insidentin səbəbi polislər tərəfindən araşdırılır.