Güclü yağış Gəncədə selə səbəb olub FOTO


Digərləri 14 İyl 2021 07:45:00 112 0

Güclü yağış Gəncədə selə səbəb olub  FOTO

Gəncədə yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

Son.az APA-ya istinadən bildirir ki, ötən gün axşam 22 radələrindən yağan güclü yağış selə səbəb olub.

Sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətinə, həmçinin, insanların gediş-gəlişinə çətinliklər yaradıb.

Şəhərin Sadıllı, Məhsəti qəsəbəsi sel suları altında qalıb. Bəzi həyətlərə sel suları ilə dolub. Hazırda ölkənin qərb bölgəsində - Göygöl, Samux, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına qeyri-sabit hava şəraiti davam edir.