Ağcabədidə külçələr tapıldı Kənd nəzarətə götürüldü


Digərləri 14 İyl 2021 07:05:00 103 0

Ağcabədidə külçələr tapıldı  Kənd nəzarətə götürüldü

Ağcabədi rayonunun Hacılar kəndində əvvəllər bilinməyən xəzinə aşkarlandığı iddia olunur.

"Qafqazinfo" haqqın.az-a istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hazırda kənd polis tərəfindən nəzarətə götürülüb və orada tədqiqat işləri aparılır.

Hər şey Vətən müharibəsi zamanı ermənilərin Hacılar kəndini dəfələrlə atəşə tutması və yerli sakinlərin evlərinə ziyan vurması ilə başladı. 53 yaşlı Tələt Quliyevə məxsus evə də ziyan dəydi. T.Quliyev Bakıda yaşayırdı və bu yay doğma kəndinə ata evini bərpa etmək üçün yollanıb.

Bir neçə gün əvvəl qazıntı işi apararkən yer altından sarı külçələr çıxıb. Kənd sakinlərinin sözlərinə görə, dərhal dövlət orqanları məsələ ilə bağlı məlumatlandırılıb.

"Məmurlar gəldi. Külçələrdən nümunələr götürüb laborator araşdırma üçün aparıldı. Hələlik heç bir məlumat yoxdur", - deyə yerli sakinlər bildirib.

Tələt Quliyev söyləyib ki, kəndlərindən vaxtilə başlanğıcını Kəlbəcər dağlarından götürən çay axırmış: