Bakıda ahıl qadını avtomobil vurub


Digərləri 14 İyl 2021 07:35:00 169 0

Bakıda ahıl qadını avtomobil vurub

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 78 yaşlı qadın ağır xəsarət aldı.

Son.az APA-ya istinadən bildirir ki, metronun "Əhmədli" stansiyasının yaxınlığında yolu keçən 1943-cü il təvəllüdlü Mustafayeva Tamella Sadiq qızını minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.