Arvadı boşanmaq istədiyi üçün qayınanasını öldürdü Şəmkirdəki qətlin təfərrüatı FOTO


Kriminal 14 İyl 2021 07:14:00 145 0

Arvadı boşanmaq istədiyi üçün qayınanasını öldürdü  Şəmkirdəki qətlin təfərrüatı  FOTO

Şəmkirdə baş verən qətlin təfərrüatı məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Mahizər Hüseynova həyat yoldaşı, 1976-ci il təvəllüdlü İntizam Hüsenovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu səbəbdən İ.Hüseynov əsəbiləşərək, qayınanasıgilə gəlib, həyat yoldaşının ondan boşanmasına etiraz edib. İ.Hüseynov əvvəlcə qayınanasına, daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

Mərhum Sədaqət Adullayevanın bacısının sözlərinə görə, İntizam bir neçə dəfə onlara gələrək, ailələrini öldürməklə hədələyib.