5000 dollara satış rekordu qırır:


Digərləri 14 İyl 2021 00:16:00 165 0

5000 dollara satış rekordu qırır:

Britaniyada süni intellektə malik olan yeni seks-robot - "Samanta"nın satışları başlandı.

Son.az bildirir ki, qeyri-adi oyuncağın dəyəri 4700 dollar təşkil edir. Bu barədə Britaniya qəzeti Daily Mirror yazır.

Biznesmen Treysi Uitmorun sözlərinə görə, "Samanta" sadə robot deyil, o, seks-rejimindən "ailə" rejiminə keçə bilir və məişət mövzularında rahatlıqla ünsiyyəti dəstəkləyir.

Eyni zamanda, "Samanta" fəlsəfə haqqında danışa bilir, hətta zarafat da edir. O, USB vasitəsilə enerji toplayır, onun başında SD-kart üçün port da var.

Şübhə yoxdur ki, böyüklərun oyuncağı öz alıcısını tapmaqda çətinlik çəkmir. Daha əvvəl bildirilirdi ki, başqa bir sahibkar Bredli Şarve Londonda seks-robotlardan ibarət kafe açmağı planlaşdırır. Orada yalnız qəhvə sifariş etmək və robotların xidmətlərindən istifadə etmək olacaq. Öz cəsarətli "yaradıcılıq" planları haqqında möhtərəm biznesmen Huffington Post nəşrinə danışmışdı.

Cənab Şarvenin ağlına bu ideya, onun Bankokun seks-kafesini görməsindən sonra gəlib. Düzdür, Böyük Britaniyada Taylanddan fərqli olaraq fahişəxanalar qanunla qadağandır. Ancaq gözüaçıq sahibkar fikirləşib ki, əgər ziyarətçilərə fahişələr deyil, robotlar xidmət edəcəklərsə, o zaman qanun məhdudiyyətlərini keçə biləcək.

Dünən Çinin "UBTECH Robotics" şirkəti "Walker X" adlı insanabənzər robotu təqdim edib.

Robot maneələri aşır, müxtəlif əşyaları "əliylə" götürür və insanlarla danışır. Onun əlində saxlaya bildiyi əşyaların maksimal çəkisi 2,7 kq-dır.

"Walker X" 41 ədəd kiçikölçülü hərəkət mühərriki ilə təchiz olunub.

O, nərdivanla qalxa, maili səthlərdə gəzə bilir. Bu robotun ən yüksək hərəkət sürəti isə saatda üç kilometrdir.  

Zaur Həsənəliyev Son.az