Təvəkkül nədir? Təvəkkül insana nə verir?


Digərləri 13 İyl 2021 23:55:00 154 0

Təvəkkül nədir? Təvəkkül insana nə verir?

Təvəkkül - əməli tövhidin mərhələlərindən biridir. Təvəkkülün həqiqəti dedikdə məqsəd odur ki, insan Allahdan qeyrisindən qorxmasın və təvəkkülün ən üstün həddi - yəqinlikdir. İnsanın tövhid və məadı tanımaqda yəqinliyi nə qədər çox olarsa, Allaha təvəkkülü də çox olar.

İnsanlar Allaha təvəkkül edən zaman müxtəlif olurlar. Çünki dərəcələri fərqlidir. Təvəkkül edən insan izzətli və başqalarından ehtiyacsız olan bir insandır. Təvəkkül edən insan hər bir çətinlik qarşısında səbirlidir. Heç bir zaman məsuliyyətdən qaçmaz. Təvəkkül sayəsində fikir və ruhu aram və hüzurludur. Bu insan heç bir zaman süstlük və zəiflik hiss etməz. İşlərini güclü stimulla yerinə yetirər. (Həvzəh)

Təvəkkülün başqa bir təsiri - insanın şücaətli olmasıdır. Bu cür insan lovğalanmaz, təkəbbürdən uzaq olar. Təvəkkül edən insan çalışqandır və həyatın hər bir sahəsində fəallıq göstərər.

Təvəkkül edən bu fikirdən uzaqdır ki, əgər təvəkkül edirsə, Allah ona hər şeyi verər. Çünki yaxşı bilir ki, Quran və hədislərimiz həqiqi möminin çalışqan və zəhmətkeş olmasını istəyir. Ona görə ki, bu əməli belə, ibadət hesab olunur.

Təvəkkül etmək insanın özünə etimad etməsinə səbəb olar. Ancaq özünə etimad etmək 2 cür olur, birini Quran bəyənir, o birisini məzəmmət edir. Əgər insan özünə etimad edib desə ki, Allah məni ona görə belə güclü yaratmışdır ki, çətinliklərə sinə gərim və mətanətli olum, bu bəyənilən tərəfidir. Yox əgər insan özünə etimad edərək ancaq öz qüvvələrini və istedadlarını görərsə və hər şeyi özündən bilərsə, bu cür özünə etimad etməyi Quran məzəmmət edir.