Gözəl əxlaq hər bir halda bəyəniləndirmi?


Digərləri 13 İyl 2021 23:50:00 138 0

Gözəl əxlaq hər bir halda bəyəniləndirmi?

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın ədalət tərəzisində heç bir şey gözəl əxlaq qədər ağır deyildir".

Gözəl əxlaqın iki mənası vardır: ümumi və xüsusi.

Gözəl əxlaqın ümumi mənası odur ki, insan özünü bütün bəyənilən sifətlərlə bəzəyər.

Gözəl əxlaqın xüsusi mənası odur ki, insan gülərüz olsun, xoşrəftar olsun və başqaları ilə gözəl rəftar etsin. İmam Sadiq (ə) xüsusi gözəl əxlaq barəsində buyurur: "Gözəl əxlaq odur ki, rəftarını mülayim edəsən, danşığını pakizə edəsən, qardaşını gülər üzlə qarşılayasan". Hədislərin əksər hissəsi gözəl əxlaqın ikinci mənasından bəhs etmişdilər.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, gözəl əxlaq - İslam dininin nəzərində zati dəyərə malikdir.

Möminlərlə olan gözəl əxlaq. Quran Peyğəmbərinin (s) bu sifətini mədh etmiş və buyurmuşdur: "Muhəmməd (s) - Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar". ("Fəth" 29).

Bu ayə buyurur ki, müsəlmanlar bir-biri ilə xoşrəftar və mehriban olmalıdır. Şadlığında şadlanmalı və qəmində qəmgin olmalıdır.