Bu böyüklükdə asteroid Yerlə toqquşsa...


Digərləri 13 İyl 2021 23:15:00 189 0

Bu böyüklükdə asteroid Yerlə toqquşsa...

50-60 metr böyüklükdə asteroid Yer üçün təhlükəlidir. Belə asteroidlə toqquşma olacağı halda itkilər qaçılmazdır.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Astrokosmik Mərkəzinin əməkdaşı Vyaçeslav Adveyev deyib.

Onun sözlərinə görə, alimlər 2018-ci ildə fərqli böyüklükdə asteroidlərin Yerə düşməsini simulyasiya ediblər:

"Onlar göstərdilər ki, itkilər obyekt 50-60 metr böyüklüyündə olan zaman başlayır. Bu böyüklükdə daşdan artıq qorxmaq lazımdır. Bu ölçüdə cismi atmosfer təbəqəsi "dayandıra" bilmir və düşəcəyi yerdən asılı olaraq partlayış dalğası, sunami və s. ilə dağıntılara gətirib çıxara bilər".