Akademik Musiqili Teatra Baş rejissor təyin olundu


Kriminal 13 İyl 2021 14:52:00 72 0

Akademik Musiqili Teatra Baş rejissor təyin olundu

Azərbaycan Respublikasının mədəniyyət naziri A.Kərimovun müvafiq əmri ilə tanınmış rejissor Cavid İmamverdiyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Baş rejissoru vəzifəsinə təyin olunub.

Bu xəbəri də oxu: Səməd Səmədov vəfat etdi

Bu barədə teatr kollektivinə "Zoom" vasitəsilə keçirilən geniştərkibli onlayn görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev məlumat verib və eyni zamanda yeni təyin olunmuş baş rejissora uğurlar arzulayıb və öz tövsiyələrini çatdırıb. O, teatrın yaradıcı heyətinin son dönəmdə pandemiya və digər səbəblərdən yaranan bütün çətinliklərə baxmayaraq, yeni-yeni layihələr üzərində daha da əzmlə işlədiyini vurğulayıb, teatrın yaradıcılıq yolunun baş rejissorun rəhbərliyi ilə uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.

C.İmamverdiyev ona göstərilən etimada görə öz təşəkkürlərini bildirib: "Bu təyinat mənə olan inam və etibarın nümunəsidir, üzərimə düşən məsuliyyətimi daha da artırır.  Göstərilən bu etimadı doğruldacağıma, çalışdığım kollektivlə birgə səylərimizi əsirgəməyəcəyimə söz verirəm. Bu gün Akademik Musiqili Teatr ailəsinin bir üzvi kimi özümü çox xoşbəxt hiss edirəm. Burada işlədiyim  son bir ildə teatr rəhbərliyinin diqqət və qayğısını bütün kollektivin üzərində hiss etmişəm. Mən də o prinsipllərə sadiq qalacağıma və başladığımız işləri müvəffəqiyyətlə başa vuracağıma inanıram. Təşəkkür edirəm".  Qeyd edək ki, İmamverdiyev Cavid Sudeyf oğlu 28 iyun 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin "Filologiya" fakultəsini, daha sonra Moskvada ali rejissor kursunu bitirib.

O, "Парни из Баку" ("Bakılı oğlanlar") komandasının yaradıcılarından biridir və bu sahədə uğurlu fəaliyyəti nəticəsində 1995-ci il Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu olub.

2007-2020-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb.  C.İmamverdiyev eyni zamanda, ssenari müəllifi və rejissor kimi çox sayda yubiley, xatirə gecələri və konsert proqramlarına, ölkəmizdə keçirilən bir çox Beynəlxalq Kinofestivalların açılış mərasimlərinə, o cümlədən "Şərq-Qərb" Beynəlxalq Kinofestivalına, Azərbaycan incəsənət xadimlərinin müxtəlif ölkələrdə keçirilən konsert proqramlarına və başqa onlarla kütləvi tədbirlərə quruluş vermiş, Mədəniyyət Nazirliyinin tapşırığı ilə Azərbaycan tərəfindən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmiş filmlərin əksəriyyətinin çəkilişlərində rejissor və prodüser kimi iştirak etmişdir. Kuba, Meksika (2010-cu il) və ABŞ-da (2011-ci il) keçirilən Azərbaycan Mədəniyyət Günlərinə həsr olunmuş tədbirlərin quruluşçu rejissoru olmuşdur.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində tamaşaya  quruluş vermiş, eyni zamanda, bu teatrda hazırlanan tamaşalarda videoinstalyasiya rejissoru kimi çalışmışdır.

1997-ci ildən bu günə qədər Bakı Müəllif Mahnıları Klubunun Prezidenti və 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Müəllif Mahnıları və Poeziya Festivalının təşkilatçısıdır.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə mədəniyyət sahəsində nəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə mükafatlandırılıb.

Ayrı-ayrı vaxtlarda dəfə "Humay" Milli mükafatına layiq görülüb.

Sevgili olduqlarını bu dəfə inkar edə bilmədilər like
  • 13 İyl 14:46  
Şou-biznes Sevgili olduqlarını bu dəfə inkar edə bilmədilər

Uzun müddətdir müğənni Adel və reper Skepta-nın eşq yaşadığı iddia e

arrow Ətraflı
Vətən Müharibəsi Qəhrəmanlarına vergi güzəştinin tətbiqi nə verəcək? like
  • 13 İyl 14:45  
Digərləri Vətən Müharibəsi Qəhrəmanlarına vergi güzəştinin tətbiqi nə verəcək?

Vətən Müharibəsi Qəhrəmanlarına gəlir vergisi güzəştinin tətbiq edil

arrow Ətraflı
COVID19 sertifikatları artıq “myGov” portalına inteqrasiya olundu like
  • 13 İyl 14:44  
Digərləri COVID19 sertifikatları artıq “myGov” portalına inteqrasiya olundu

COVID-19 sertifikatları "myGov.az" şəxsi kabinet əsaslı elektron

arrow Ətraflı
Azərbaycanda bu tarixdən like
  • 13 İyl 14:43  
Digərləri Azərbaycanda bu tarixdən

"İşğaldan azad olunan füsunkar təbiətə malik olan rayonlarımızda -

arrow Ətraflı
Mehrinin sabiq rəhbəri həbs edildi like
  • 13 İyl 14:40  
Digərləri Mehrinin sabiq rəhbəri həbs edildi

Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Mehri rayonunun keçmiş rəhbə

arrow Ətraflı
Magistraturaya boş qalan plan yerlərinin sayı açıqlanıb like
  • 13 İyl 14:34  
Digərləri Magistraturaya boş qalan plan yerlərinin sayı açıqlanıb

Ali təhsilin magistratura səviyyəsinə boş qalan plan yerlərinin sayı aç

arrow Ətraflı
Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək  FOTO like
  • 13 İyl 14:29  
Digərləri Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək FOTO

Dövlət başçısının vətəndaşların rahatlığı, onlara keyfiyyətl

arrow Ətraflı
İraqda xəstəxanada həlak olanların sayı 77 nəfər çatıb like
  • 13 İyl 14:24  
Dünya İraqda xəstəxanada həlak olanların sayı 77 nəfər çatıb

İraqın cənubundakı NAsiriyyə şəhərində koronavirus xəstələrinin müa

arrow Ətraflı
Zərgər dəqiqliyi ilə: Azərbaycan xüsusi təyinatlıları düşməni belə pusquya salır like
  • 13 İyl 14:19  
Digərləri Zərgər dəqiqliyi ilə: Azərbaycan xüsusi təyinatlıları düşməni belə pusquya salır

Sosial şəbəkələrdə ötən ilin payızında Qarabağda aparılmış 44 gün

arrow Ətraflı
FHN yanğınsöndürmə əməliyyatının görüntülərini yaydı like
  • 13 İyl 14:14  
Digərləri FHN yanğınsöndürmə əməliyyatının görüntülərini yaydı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən

arrow Ətraflı
Məktəbi fərqlənmə attestatı ilə bitirən məzunların sayı açıqlandı like
  • 13 İyl 14:09  
Digərləri Məktəbi fərqlənmə attestatı ilə bitirən məzunların sayı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəs

arrow Ətraflı
Qurban bayramının layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır like
  • 13 İyl 14:04  
Siyasət Qurban bayramının layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır

İyulun 20-si və 21-i ölkəmizdə mübarək Qurban bayramıdır. Bütün düny

arrow Ətraflı
Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib like
  • 13 İyl 14:00  
Siyasət Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Şəkidə iki minik avtomobili toqquşub, like
  • 13 İyl 13:59  
Digərləri Şəkidə iki minik avtomobili toqquşub,

Şəkidə bir nəfərin xəsarət alması ilə nəticələnən yil-nəqliyyat ha

arrow Ətraflı
Xaricdə doktorantura təhsilinə sənəd qəbulu nə vaxt bitir? like
  • 13 İyl 13:54  
Digərləri Xaricdə doktorantura təhsilinə sənəd qəbulu nə vaxt bitir?

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir.

arrow Ətraflı