FHN yanğınsöndürmə əməliyyatının görüntülərini yaydı


Digərləri 13 İyl 2021 14:14:00 108 0

FHN yanğınsöndürmə əməliyyatının görüntülərini yaydı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 67 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib, 1960-cı il təvəllüldü Novruzova Mahirə Əkbər qızının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.