Tikinti zamanı qəbirlər aşkarlandı


Digərləri 13 İyl 2021 11:04:00 141 0

Tikinti zamanı qəbirlər aşkarlandı

Ərazidə aşkarlanan qəbirlərin XI-XII əsrlərə aid olduğu ehtimal edilir

Son.az Real TV-ə istinadən bildirir ki, Qubanın Qırız kəndində məktəb tikintisi zamanı qədim qəbirlər və saxsıdan məişət əşyaları aşkarlanıb. Belə ki, kənddə ötən ay 20 yerlik modul tipli məktəbin quraşdırılmasına başlanılıb. Bu zaman yardımçı tikili üçün qazılan ərazidə qəbirlər üzə çıxıb. . Qəbirlər haqqında daha dəqiq məlumat ərazidə arxeoloqların araşdırmasından sonra məlum olacaq.

Qəbirlərin aşkarlanmasından sonra ərazidə məktəbin tikintisi dayandırılıb və faktla bağlı müvafiq dövlət qurumlarına məlumat verilib. Qədim qəbirlər aşkarlanan əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri baxış keçirib.

Qeyd edək ki, Qubanın Qırız kəndi Qudyalçayın sahilində, Ağ dağın ətəyində, Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir.