Bakı sakinini qətlə yetirən 16 yaşlı oğlan tutuldu


Digərləri 13 İyl 2021 10:17:00 138 0

Bakı sakinini qətlə yetirən 16 yaşlı oğlan tutuldu

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Binəqədi rayon prokurorluğundan Son.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq davam edir.