Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb


Digərləri 12 İyl 2021 22:26:00 158 0

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 593 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 162 obyekt çoxdur.

Trend bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2021-ci ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 164 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin mayından 94 obyekt çoxdur.

2021-ci ilin iyun ayında Türkiyədə 134 731 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz çoxdur.