Qızıl zinət əşyalarının qiyməti artıb


Digərləri 12 İyl 2021 21:30:00 147 0

Qızıl zinət əşyalarının qiyməti artıb

Toy mövsümünün başlanması qızıl bazarında müəyyən canlanmaya səbəb olub

Son.az Real TV-ə istinadən bildirir ki, vitrinləri bəzəyən cürbəcür qızılların dizaynları kimi qiymətləri də fərqlidir.

Bu qiymətlər qızılın əyarına, çəkisinə, firmasına, istehsal ölkəsinə və üzərindəki işləmələrə görə dəyişir. Satıcılar bildirirlər ki, qızılın qiyməti bahalaşsa da onlara pandemiyadakı vəziyyəti nəzərə alaraq endirimlər də edirlər.

Ekspertlər bildirirlər ki, pandemiya qızılın ən stabil investisiya aləti olduğunu bir daha sübut etdi. Daha aşağı qiymətlə qızıl alışını həyata keçirən şəxslər hazırki dövr üçün məhsulun satışını edərkən mənfəət əldə etmiş olacaqlar.

Azərbaycanda qızıl və zinət əşyaları bazarı şənlik mərasimlərinə bağlıdır. payız mövsümündə də artım gözləniləndir.