Almaniyada koronavirusla bağlı həyəcan yenidən artır


Dünya 12 İyl 2021 21:14:00 117 0

Almaniyada koronavirusla bağlı həyəcan yenidən artır

Almaniyada koronavirusun yayılması ilə bağlı müəyyən müsbət dinamikadan sonrakı vəziyyət vətəndaşlarda və hökumətdə yenidən təşviş yaradıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkədə xəstəliyə yoluxmaların statistikası 6 gündür ardıcıl olaraq artır. Bu gün səhərə olan vəziyyətə görə, 7 günlük yoluxma göstəricisi durmadan yüksəlir. Son sutka ərzində Almaniya klinikalarında koronavirusa 324 yeni yoluxma faktı qeydə alınıb. Halbuki bir həftə əvvəl bu rəqəm 212-yə bərabər idi. Ölkədə daha 2 ölüm faktı təsdiqlənib. Bir həftə bundan əvvəl COVID-19 virusundan cəmi 1 ölüm faktı qeydə alınmışdı.

Rəsmi məlumatlara görə, pandemiya başlanandan bəri Almaniyada "Sars-CoV-2" virusuna 3.736.489 yoluxma faktı təsdiqlənib. 3.635.100 nəfər bu xəstəlikdən sağalıb, 91.233 nəfər isə xəstəlik nəticəsində dünyasını dəyişib.