Qadınlara qarşı əxlaqsız çağırış edən "Pantural" üzr istəyib VİDEO


Digərləri 12 İyl 2021 20:40:00 150 0

Qadınlara qarşı əxlaqsız çağırış edən "Pantural" üzr istəyib  VİDEO

"Pantural" ləqəbli Tural Səfərov polis idarəsinə dəvət olunaraq onunla profalktik söhbət aparılıb".

Son.az bildirir ki, bu baradə Daxili İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o öz səhvini etiraf edib: "Yaydığı həmin görüntüdən narazı qalan vətəndaşlardan üzr istəyib".

Qeyd ki, dünən sosial şəbəkədə özünü "Pantural" kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib. Həmin şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı "harada açıq-saçıq q****q gördüz, zorlayın" adlı çağırış edirəm" deyə şərh yazıb.

70 min izləyicisi olan bloger daha sonra "Pantural üzr istədi" adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb.