Arqişti Kərəmyan Ermənistan İstintaq Komitəsinin sədri təyin olunub


Dünya 12 İyl 2021 20:49:00 107 0

Arqişti Kərəmyan Ermənistan İstintaq Komitəsinin sədri təyin olunub

Ermənistan İstintaq Komitəsinin sədri dəyişib.

Son.az APA-ya istinadən bildirir ki, bu vəzifəyə Arqişti Kərəmyan təyin olunub.

Ermənistan hökumətinin saytında yerləşdirilən məlumatda bildirilir ki, digər qərarla Ayk Qriqoryan İstintaq Komitəsinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 30 yaşlı A. Kərəmyan 2020-ci ilin iyunundan oktyabrına qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. 2020-ci il dekabrın 24-də Ermənistan İstintaq Komitəsi sədrinin müavini təyin edilib.