İrana kiberhücumları MOSSAD həyata keçirir?


Dünya 12 İyl 2021 20:18:00 122 0

İrana kiberhücumları MOSSAD həyata keçirir?

İrana edilən son hücumlar MOSSAD-la bağlıdır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran parlamentinin xarici əlaqələr və müdafiə komissiyasının keçmiş rəhbəri Həşmətulla Falaxatpişeh deyib.

Onun sözlərinə görə, İranda heç kim bu problem üzərində ciddi düşünməyib.

Komissiyanın eks-sədri İsraili İranın kəşfiyyat sferası və təhlükəsizlik məsələlərində rəqibi adlandırıb.