Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin tarifləri müəyyənləşib


Digərləri 12 İyl 2021 18:53:00 138 0

Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin tarifləri müəyyənləşib

Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətləri (tarifləri) müəyyənləşib.

Trend xəbər verir ki, "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanununda bildirilir ki, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovat/saatı üçün hesablanır. Ölçmələrə, ölçü cihazlarına dair tələblər "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinə görə hesablaşma, ödənilmə şərtləri və ödəniş müddəti tərəflər arasında bağlanılmış müqavilələrlə müəyyənləşdirilir. Bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilən tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılır.

Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir. Zəmanətli tariflər bu Qanunun 8.5-ci maddəsinə uyğun olaraq satınalma müqaviləsində müəyyən edilən müddət ərzində tətbiq edilir.