Erməni terrorunun növbəti qurbanı Həkimlər yaralının həyatını xilas edə bilib


Digərləri 12 İyl 2021 18:26:00 131 0

Erməni terrorunun növbəti qurbanı  Həkimlər yaralının həyatını xilas edə bilib

Füzulidə kaset bombasının bombacığının partlaması nəticəsində xəsarət alan "Körpü-Bina-Tikinti" MMC-nin sürücüsü Xəlilov Elşən Eyvaz oğlunun vəziyyəti ağır-stabildir.

Bunu Trend TV-ə açıqlamasında Füzuli rayon Mərkəzi Xəstəxanasının həkimi Əhəd Məmmədov deyib.

Onun sözlərinə görə, xəstənin müalicəsi davam etdirilir: "O, bədənin çoxsaylı qəlpə yarası ilə qəbul şöbəsinə daxil olub. Müayinədən sonra əməliyyat üçün cərrahiyə şöbəsinə yerləşdirilib. Müəyyən olunub ki, döş qəfəsinin sol tərəfindən çoxsaylı qəlpə yarası alıb. Vəziyyəti düzələn kimi Bakıya təxliyə olunacaq".

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb.