Böyrəkləri zərərli maddələrdən təmizləyin


Digərləri 10 İyl 2021 17:45:00 117 0

Böyrəkləri zərərli maddələrdən təmizləyin

Böyrəklərimiz çox vaxt ona görə ağır yük daşıyır ki, biz o qədər qida məhsullarını və içkini qəbul edirik ki, onları xeyirli adlandırmaq olmaz. Ona görə profilaktika üçün müntəzəm surətdə böyrəkləri zərərli maddələrdən təmizləmək lazımdır.

Son.az Axşam.az-a istinadən böyrəkləri təmizləyən məlhəmlər təqdim edir:

İTBURNU ÇİÇƏYİNİN KÖKLƏRİNDƏN HƏLİM

İtburnu çiçəyinin köklərindən hazırlanmış həlimin müntəzəm istifadə edilməsi ilə böyrək ləyənciklərində və sidikqovucu yollarda, öd kisəsində və qara ciyərin axacaqlarında daşlar xırdalaşdırılaraq əriyir.

1-2 xörək qaşığı doğranmış itburnu kökünü 1 stəkan suda bağlı qabda bişirmək lazımdır. Hazır həlimi soyudun, süzün və stəkanın 1/3 hissəsini gündə 3 dəfə isti halda qəbul edin. Kurs iki həftə davam etməlidir, bir il ərzində müalicənin 2-3 kursunu həyata keçirtmək olar.

Bu həlim C, K, P vacib vitaminlərinin mənbəyidir.

YAŞIL ÇAY