Azərbaycan iyun ayında OPEC+ sazişi üzrə öhdəliyini yerinə yetirib


Digərləri 10 İyl 2021 16:41:00 144 0

Azərbaycan iyun ayında OPEC+ sazişi üzrə öhdəliyini yerinə yetirib

Azərbaycan 2021-ci ilin iyun ayında OPEC+ sazişi üzrə öhdəliyini yerinə yetirib.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycanda iyunda gündəlik neft hasilatı (kondensatla birlikdə) 705,1 min barrel olub.

Bunun 610 min barrelini xam neft, 95,1 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC+ ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşmişdir.