Bölgələrdəki restoranlarda niyə menyu təqdim edilmir?


Digərləri 10 İyl 2021 16:07:00 124 0

Bölgələrdəki restoranlarda niyə menyu təqdim edilmir?

Bölgələrdəki restoranlarda niyə menyu təqdim edilmir?

Azərbaycanın bölgələrindəki restoranların əksəriyyətində menyu təqdim edilmir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, müştəri əyləşir, restoranın xidmətlərindən istifadə edir, ancaq hansı yeməyin neçəyə olduğunu bilmir.

Səbəb isə müştərilərə menyuların təqdim olunmamasıdır. Məsələn, Kürdəmirdə yolkənarı restoranların bəzilərində bu hal yaşanır.

Menyu təqdim olunmadıqda müştəri gözləmədiyi hesabla qarşılaşır. Belə hallarda isə müştəri ilə restoran sahibi arasında problem yaranır.

Restoran administratoru isə masalarda menyuların olmamasını yay fəsli ilə əlaqələndiririb.

Adını demək istəməyən bir restoran idarəçisi isə menyuların verilməməsini yeməkxanada müştəri olmaması ilə əsaslandırıb.