Şəhid Sərxan Hacıyevin məzarı ziyarət olunub


Digərləri 10 İyl 2021 15:52:00 135 0

Şəhid Sərxan Hacıyevin məzarı ziyarət olunub

44 günlük Vətən müharibəsində şəhid və qazilərimizin qanları ilə bənzəri olmayan Zəfər salnaməsi yazdıq. O salnamə ki, bundan sonra min illər boyu qürurla vərəqlənəcək, fəxrlə anılacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Qobustan rayonu da Vətən müharibəsində şəhidlər verib. Belə şəhidlərdən biri də Sərxan Hacıyevdir.

O, Füzuli rayonu uğrunda gedən döyüşlərdə mənfur düşmənin atdığı top atəşi nəticəsində oktyabr ayının 6-da kürəyindən qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

Sərxan Qobustan rayon qəbiristanlığında dəfn olunub. Şəhidin ötən gün doğum günündə məzarı ziyarət olunub. Ruhuna dualar oxunub.

Sərxan Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.