Qadınlar sağlam qalmaq üçün bu dörd qaydaya əməl etsin


Digərləri 10 İyl 2021 15:30:00 149 0

Qadınlar sağlam qalmaq üçün bu dörd qaydaya əməl etsin

Qadın və kişi arasındakı bioloji fərqlilik sağlamlıq baxımından da dəyişir. Yəni, qadınların səhhətində problemlər kişilərdən fərqli olaraq, daha sürətli arta bilər.

Son.az Axşam.az-a istinadən qadınlara sağlamlıqlarının qayğısına qalmaq üçün 4 məsləhət təqdim edir:

Soyuqdəymə: 2 xörək qaşığı ardıc giləmeyvəsini 0,5 litr suya tök. Məlhəmi səhərə kimi vam odda saxla. Gün ərzində yeməkdən sonra bu sudan iç.

Uşaqlıq yolunun sallanması: 100 qr. dəvədabanını, 75 qr. badrənci və mərzəni qarışdır. Gecə termosa 750 ml. su töküb, içərisinə qarışıqdan 2 xörək qaşığı əlavə edib, səhərə kimi saxla. Gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl bu məlhəmdən iç.

Uşaqlıq yolu eroziyası: Xırda doğranmış palıd kökündən 2 xörək qaşığı götürüb, 0,5 litr suya töküb, vam odda bir saat qaynat. Səhər və axşam bu su ilə yuyunun.

Uşaqlıq yolu göynəməsi: 3 xörək qaşığı sürvəni 600 ml. su ilə qarışdırıb, bir gecə termosda saxla. Gün ərzində bu məlhəmdən 1 stəkan iç. Eyni zamanda sürvəli su ilə yuyun.

Son.az