Rusiya Xəzər dənizi ilə Bakıyadək kruiz səfərləri planlaşdırır


Digərləri 09 İyl 2021 18:56:00 140 0

Rusiya Xəzər dənizi ilə Bakıyadək kruiz səfərləri planlaşdırır

Rusiyanın "Mosturflot" kruiz şirkəti "Pyotr Veliki" layneri ilə Xəzər, Azov və Qara dənizləri ilə kruiz səfərləri imkanını nəzərdən keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin baş direktor müavini Svetlana Qonçarova deyib.

O bildirib ki, Rusiyada Volqa çayında kruizləri üç dənizlə birləşdirən marşrutlar hazırlanıb: "Marşrutlardan biri Moskvadan Volqa çayı ilə Həştərxanadək, daha sonra Xəzər dənizinə çıxmaqla Bakıya qədər olacaq. Digər marşrut Xəzər dənizi ilə Bakıya çıxış, daha sonra Volqa-Don kanalı ilə Azov dənizinə, oradan da Qara dənizlə Soçiyədək davam edə bilər. Bundan başqa, Türkiyəyə də marşrutların eləcə də Xəzəryanı beş ölkə boyunca kruizlərin təşkili planlaşdırılır".