Soydaşlarımızdan Yaşıllar Partiyasına və "Croniment" şirkətinə çağırış


Digərləri 09 İyl 2021 18:58:00 125 0

Soydaşlarımızdan Yaşıllar Partiyasına və "Croniment" şirkətinə çağırış

Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) Oxçuçay fəlakəti ilə əlaqədar Avstraliyanın Yaşıllar Partiyasına və "Cronimet Holding"in Brisbon şəhərindəki nümayəndəliyinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, assosiasiyanın sədri Mikayıl Oytanın imzası ilə Yaşıllar Partiyasının lideri Adam Bandta və "Cronimet"in təmsilçisi Kris Taqqarta ünvanlanan müraciətdə Oxçuçayın Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun ərazisindən keçdiyi və ölkəmizin əkin sahələrinin suvarılması üçün su ehtiyatlarında həlledici rol oynayan Araz çayına töküldüyü nəzərə çatdırılıb. Səhmlərinin böyük hissəsi Almaniyanın "Cronimet" şirkətinə məxsus olan Ermənistanın mis-molibden kombinatının istehsalat tullantılarının ilkin təmizləmə işləri aparılmadan birbaşa Oxçuçaya buraxdığına və ekoloji standartlara riayət etmədiyinə diqqət cəlb olunub. Ermənistanın dövlət agentliklərinin də bu dəhşətli ekoloji cinayəti etiraf etdikləri vurğulanıb.

Avstraliyadakı soydaşlarımız Yaşıllar Partiyasını və "Cronimet Holding"i ekoloji cinayətə biganə qalmamağa, Oxçuçaydakı ekoloji terrorun qarşısının alınması və ətraf mühitin qorunması istiqamətində qətiyyətli tədbirlər görməyə çağırıblar.