Şabranda reyd: Sürücülər siqnala görə cəzalandırıldı FOTO


Digərləri 09 İyl 2021 19:06:00 119 0

Şabranda reyd: Sürücülər siqnala görə cəzalandırıldı  FOTO

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu küçə və prospektlərdə profilaktiki tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizlik kəmərindən istifadə etməyən, eləcə də işıq cihazlarından və səs siqnallarından düzgün istifadə etməyən sürücüləri saxlayaraq onlarla profilaktik söhbətlər aparıblar.

Həmçinin, tədbirlər zamanı qaydaları pozan moped və velosiped sürücüləri də saxlanılıb. Onlara təyin olunmuş qaydalara ciddi riayət etmələri və özlərinin sağlamlıqları üçün mütləq qaydada dəbilqədən istifadə etmələri tapşırılıb.

Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, qaydaları yenidən pozan sürücülər barəsində inzibati qaydada tədbirlər görülüb.