“Fəryad 2”yə reaksiya: “Uğurlu olacağına inanmıram”


Kriminal 09 İyl 2021 19:10:00 188 0

“Fəryad 2”yə reaksiya: “Uğurlu olacağına inanmıram”

Vətən müharibəsinə həsr olunmuş kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir.

Bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıda dekorasiyaları tikilən filmin çəkilişlərinə iyulun 15-dən sonra başlanılacaq. Çəkilişlərin noyabr ayında qələbənin ildönümünə qədər tamamlanması və tamaşaçılara təqim olunması gözlənilir.

Son.az sherq.az-a istinadən xəbər verir ki, millət vəkili Aqil Abbas bu barədə fikirlərini bölüşüb:

"Təşəbbüsü yüksək qiymətləndirirəm. Amma uğurlu olacağına inanmıram. Çünki nə əvvəlki aktyorlar var, nə də əvvəlki rejissorlar".