Tailandda komendant saatı tətbiq edilir


Dünya 09 İyl 2021 18:12:00 128 0

Tailandda komendant saatı tətbiq edilir

Tailand hökuməti koronavirus pandemiyası ilə əlaqədar paytaxt Banqkokda və əyalətlərdə komendant saatı tətbiq edir.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə iyulun 12-dən başlayaraq iki həftə müddətinə sərt məhdudiyyətlər tətbiq olunur.

Bu müddət ərzində bütün ticarət mərkəzləri və bir sıra mağazalar, bağlanacaq, ictimai nəqliyyatın iş müddəti azaldılacaq, işçilər maksimum səviyyədə distant rejimə keçiriləcək.

Komendant saatı saat 21:00-dan 04:00-dək davam edəcək.