“Həşəratsan? Afət Fərmanqızı və Roza Zərgərli arasında


Şou-biznes 09 İyl 2021 18:18:00 142 0

“Həşəratsan?  Afət Fərmanqızı və Roza Zərgərli arasında

Efirdə müğənnilər Afət Fərmanqızı və Roza Zərgərli arasında qalmaqal yaşanıb. "Xəbər Ətər" proqramında qonaq olan A.Fərmanqızı R.Zərgərlinin Elariz yolu oxuduğunu, onun bir toyu başdan sonadək aparmadığını, yarım saat çıxış etdiyini söyləyib.

Aparıcı Zümrüd Bədəlova R.Zərgərlini telefon bağlantısı ilə efirə qoşub.

"Sherg.az" xəbər verir ki, iki sənətçinin "toy davası" keçmiş məsələlərə qədər gedib çıxıb. R.Zərgərli  bunları söyləyib:

"Elariz Məmmədoğlu Azərbaycanda olmasa da, gözəl ifaçıdır.  Afət, Gəncədə Samir Piriyevlə toy idarə etdim, sən, Təranə Qumral, Musa Musayev yarım saat oxudunuz. Samirdən də soruşa bilərsiniz".

A.Fərmanqızı həmkarına etiraz edərək məsələnin belə olmadığını bildirib:

"Siz toyu aparmadınız. T.Qumralla M.Musayev idarə edirdi. Elə S.Priyev də 30 dəqiqəlik oxumaq üçün çağırılımışdı. Hətta xınayaxdı məclisini də R.Zərgərliyə həvalə etmək istəyirdilər. Sonra fikirlərini dəyişib məni dəvət etdilər".

R.Zərgərli sözünün kəsilməsinə qəzəblənib. Xınayaxdıya əvvəldən özünün çağırılmadığını deyib. O, sonra A.Fərmanqızının ötənlərdə onun haqda çəkib paylaşdığı vidoedan danışıb:

"Keçən dəfə İnstaqramda video paylaşmısan. Sənin efirdə qonaq olmağından da xəbərsiz idim. Xahiş edirəm bir-bir danışaq. Mən telefondayam siz verilişdəsiniz. Fikrimi tamamlayım. Biz Flora Kərimovaya görə çəkişdik. Orda bir səbəb yox idi. Çünki mən dedim ki Afət yaxşı, mülayim qızdır. Bir işdir oldu. Flora xanımı görəndə qucaqlayar, barışar məsələ bağlanar".

A.Fərmanqızı isə R.Zərgərlinin elə söyləmədiyini, onu təhqir etdiyini, "həşərat" dediyini xüsusi vurğulayıb:

"Axı  sizin videonuz sosial şəbəkələrədə var. "Həşərat" demisiniz.  Zümrüd xanım, siz də sualı düzgün ünvanlayın ki, iki xanım dalaşır, sən nə gəzirsən orda? O elə fikirləşdi ki, keçən dəfəki söhbətə görə zəng etmisiniz. On gündür Roza xanımın həmin videosu yayılıb. Mən də cavab vermirdim. Deyirdilər ki, sizin R.Zərgərli ilə nə probleminiz var? Gözləyirdim ki, Roza xanım açıqlama yaysın ki, köhnə videodur. O, danışmadı, mən məsələyə aydınlıq gətirdim".

R.Zərgərli hiddətlənərək danışığı yarımçıq dayandırıb.