Uşaqlara bütün peyvəndlər vaxtında vurulmalıdır Baş pediatr


Digərləri 09 İyl 2021 17:54:00 184 0

Uşaqlara bütün peyvəndlər vaxtında vurulmalıdır  Baş pediatr

Uşaqlara bütün xəstəliklər üzrə peyvəndlər vaxtında vurulmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rahimov deyib.

O bildirib ki, yüngül qrip, temperatur və burun axması uşaqlarda peyvənd üçün əks göstəriş sayılmır: "Yalnız ağır xəstəlik, yüksək temperatur zamanı peyvənd ertələnməlidir. Ümumiyyətlə, peyvəndləri vaxtında vurdurmaq lazımdır. Qızılca, difteriya və başqa xəstəliklər əslində çox ağır xəstəliklərdir. Ona görə peyvəndlər mütləq vaxtında vurdurulmalıdır".