“Taliban” Əfqanıstanın ikinci ən böyük şəhərinə hücum etdi


Dünya 09 İyl 2021 17:42:00 117 0

“Taliban” Əfqanıstanın ikinci ən böyük şəhərinə hücum etdi

"Taliban" hərəkatının üzvləri Əfqanıstanın ikinci ən böyük şəhəri olan Qəndahara hücum ediblər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Taliban" döyüşçüləri iki nəzarət məntəqəsini tutublar. Əfqanıstan təhlükəsizlik qüvvələri isə mübarizə aparmaq üçün hadisə yerinə gəliblər.

Ölkə polisinin məlumatına görə, "Taliban" mühasirəyə alınıb və vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, "Taliban" hərəkatının üzvləri son aylar Əfqanıstanın müxtəlif əyalətlərində öz mövqelərini gücləndirirlər. ABŞ və tərəfdaşlarının öz qüvvələrini Əfqanıstandan çıxarması buna əsas səbəb olaraq göstərilir.

Son.az