Bakılı rejissor Moskvada son mənzilə yola salındı


Kriminal 08 İyl 2021 19:42:00 199 0

Bakılı rejissor Moskvada son mənzilə yola salındı

Moskva Kino evində məşhur rejissor Vladimir Menşovla vida mərasimi keçirilib.

Son.az lent.az-a istinadən xəbər verir ki, mərasimdə təkcə rejissorun nəvəsi Andrey Qordin çıxış edib.  

Bundan sonra rejissor alqış sədaları altında son mənzilə yola salınıb.  Menşov Novodeviçye qəbiristanlığında dəfn edilib. Rejissor iyulun 5-də 81 yaşında koronavirus səbəbindən vəfat edib.

Xatırladaq ki, Vladimir Menşov 1939-cu il sentyabrın 17-də Bakıda anadan olub.