Ceffri Payett TAP və IGBdən danışdı


Digərləri 08 İyl 2021 19:34:00 121 0

Ceffri Payett TAP və IGBdən danışdı

Trans-Adriatik qaz kəməri (TAP), Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB), Yunanıstan-Şimali Makedoniya interkonnektoru, Aleksandrupolisdə üzən mayeləşdirilmiş təbii qaz anbarı, Cənubi Kavalada yeraltı qaz anbarı kimi uzunmüddətli təbii qaz tədarükü üzrə uzunmüddətli layihələr müxtəlif enerji daşıyıcılarına çıxışın təmin olunması baxımından kritik əhəmiyyət daşıyır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payett 5-ci Krit enerji konfransında deyib.

Səfir qeyd edib k, ABŞ təbii qazı daha ekoloji gələcəyə aparan, tullantıları azaldan və kömürdən imtinanı sürətləndirən yanacaq kimi nəzərdən keçirir.