Britni Spirs karyerasını bitirir: 13 illik vəkili və 25 illik meneceri istefa verdi FOTO


Şou-biznes 08 İyl 2021 18:54:00 146 0

Britni Spirs karyerasını bitirir: 13 illik vəkili və 25 illik meneceri istefa verdi  FOTO

Məşhur amerikalı müğənni Britni Spirsin məhkəmə tərəfindən təyin olunmuş vəkili Samuel İnghem artıq onu təmsil etməyəcəyini deyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fox News" xəbər verir.

İnghem məhkəmənin Spirs üçün yeni vəkil təyin etdiyi andan etibarən bunu etməyəcəyini bildirib.

Qeyd edək ki, o, 2008-ci ildən bəri ulduzun vəkilidir və xüsusən də onun qəyyumluğuna dair məhkəmə prosesində maraqlarını müdafiə edib.

Bundan əvvəl ifaçının meneceri  Larri Rudolf qəyyumluq məhkəməsinin qalmaqalı fonunda istefa verib və Spirsin karyerasını bitirmək barədə düşündüyünü deyib.

Qeyd edək ki,  məşhur amerikalı müğənni Britni Spirsin atası Ceyms Spirsin qəyyum statusundan məhrum edilməsinə dair tələbi məhkəmə tərəfindən rədd edilib. Məhkəmə qərarına görə, B.Spirs hələ də maliyyə mənbələrini effektiv şəkildə idarə edə bilməz. Ancaq yeni sorğu təqdim etmək hüququnu özündə saxlayır.