LosAncelesdə erməni narkokartelinə zərbə 16 ton narkotika ələ keçdi


Dünya 08 İyl 2021 18:46:00 171 0

LosAncelesdə erməni narkokartelinə zərbə  16 ton narkotika ələ keçdi

ABŞ-ın Los-Anceles şəhərində polis 16 ton marixuana aşkar edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, regionda narkotik biznesinə qarşı keçirilmiş ən böyük əməliyyat olub.

Los-Anceles dairəsinin şerifi Aleks Vilyanueva bildirib ki, əməliyyat zamanı 1,2 milyard dollar dəyərində narkotik vasitə müsadirə olunub.

Qeyd olunur ki, bu narkotik vasitələr meksikalı, eləcə erməni qruplaşmalar tərəfindən dövriyyəyə buraxlıb.