Məhərrəmlik ayında toy etmək olar? İlahiyyatçı "hə" dedi, restoranlara müraciət varmı...


Digərləri 08 İyl 2021 18:48:00 77 0

Məhərrəmlik ayında toy etmək olar?  İlahiyyatçı "hə" dedi, restoranlara müraciət varmı...

İyul ayının 1-dən etibarən ölkə ərazisində xüsusi karantin qaydaları çərçivəsində  nişan və toy mərasimlərinin keçirilməsinə icazə verilib. İki ilə yaxındır ki, mövcud qadağa ilə üz-üzə qalan cütlüklər üçün isə bu qərarı göydəndüşmə heab etmək olar. Elə buna görədir ki, demək olar iyul ayı üçün şadlıq sarayalarında boş yer tapmaq olmur.   Hər kəsin toy və nişan mərasimini iyul ayında etmək istəyi isə avqustun 10-dan etibarən Məhərrəmlik ayının başlması ilə əlaqədardır. Artıq illərdir ki, xalqımız İslam dəyərlərini rəhbər tutaraq Məhərrəmlik ayında toy, şənlik keçirməyi günah hesab edir.

Maraqlıdır, bəs, görəsən doğurdan da Məhərrəmlik ayında toy, yaxud nişan etmək günah sayılır?   Son.az bildirir ki, məsələ ilə bağlı sfera.az-a danışan ilahiyyatçı Elşad Miri Məhərrəmlik ayında toy və nişan mərasimlərinin keçirilə biləcəyini deyib:

"Dində məhərrimlik ayında toy etməklə bağlı qadağa yoxdur. İslamın əsas anlayışı Quran kitabıdır. Quran kitabında isə toy, nişan mərasimi etmək mövzusunda hansısa qadağa, göstəriş yoxdur. Əgər Quran kitabında belə bir anlayış yoxdursa, o zaman "din icazə vermir" demək olmaz. Peyğəmbərin özünün də bu mövzu ilə bağlı hansısa qadağası yoxdur. Məhərəmlik Aşura ilə əlaqədar bir məsələdir Aşura isə peyğəmbərin vəfatından çox -çox sonra, onun nəvəsinin qətlə yetirilməsi ilə bağlıdır. Məsələyə eyni şəkildə yanaşsaq, gərək 44 günlük müharibədə qəhrəmanlıq simvoluna çevrilən əsgərlərimizin şəhid olduğu günlərdə də toy etməyək".

Sosioloq Lalə Mehralı məhərrəmlik ayında spirtli içki olmadan toy keçirilməsinin tərəfdarı olduğunu deyib: "Məhərrəmlik ayında, yəni avqust-sentyabr ayları üçün toyların keçirilməsi məsələsinə normal baxıram. Sadəcə olaraq, mərasimdə spirtli içki vermədən şənlik təşkil etmək olar. Bizim insanlar Məhərrəmlik ayında spirtli içki qəbul edə bilmədikləri üçün toyların da keçirilməsinə müsbət yanaşmırlar. Spirtli içkinin əziz günümüzdə qəbul edilib-edilməməsinin bizim üçün fərqi olmamalıdır. Əgər insanlar bu qayda ilə barışsalar, Məhərrəmlik ayında da toy təşkil etmək mümkündür".   Məhərrəmlik ayında şənlik və toy mərasimlərinin təşkil edilib-edilməməsi ilə bağlı şadlıq sarayları arasında da sorğu keçirdik. Cavablar demək olar ki, eyni oldu:

"Gilavar" şadlıq sarayından bildirdirlər ki, Məhərrəmlik ayında nişan mərasimləri olsa da toylar keçirilmir: "Avuqst ayının ilk 9 günü üçün toy və nişan mərasimləri ilə bağlı sifarişlər almışıq, lakin Məhərrəmlik ayı boyunca belə müraciət daxil olmayıb. Əvvəllər də insanlar bu ay üçün toy keçirməyiblər, lakin nişan mərasimləri olub".

"Çıraq Palas" şadlıq sarayının nümayəndəsi isə müsəlman ölkəsi olduğumuzu xatırladaraq, belə bir şeyin mümkünsüz olduğunu dedi: "Biz Amerikada yaşamırıq, Azərbaycanda - müsəlman ölkəsində yaşayırıq. İndiyədə qədər Məhərrəmlik ayında nə toy nə də nişan etmişik".

"Pluton" şadlıq sarayında da da vəziyyət eynilik təşkil edir: "100 faizlik məsələsir ki, insanlar Məhərrəmlik ayı boyunca toy etmək istəmirlər. İndiyə qədər bu ayda hansısa şənliyin keçirilməsi ilə bağlı bizə müraciət etməyiblər".   "Su Səsi" şadlıq sarayının nümayəndələri bu il Məhərrəmlik ayı boyunca mərasimlərin keçirilməsi ilə bağlı müraciətlərin daxil olacağını düşünsələr də yanıldıqlarını dedilər:

"Uzun müddət toyların keçirilməsinə qadağa olduğu üçün ehtimal edirdik ki, bu il Məhərrəmlik ayında da toy, yaxud nişan etmək istəyənlər olar. Lakin hələ ki, bizə avqust-sentyabr ayları üçün hansısa müraciət daxil olmayıb".

LosAncelesdə erməni narkokartelinə zərbə  16 ton narkotika ələ keçdi like
  • 08 İyl 18:46  
Dünya LosAncelesdə erməni narkokartelinə zərbə 16 ton narkotika ələ keçdi

ABŞ-ın Los-Anceles şəhərində polis 16 ton marixuana aşkar edib.

arrow Ətraflı
“Koronavirusun yeni ştammları vaksinlərə qalib gəlir”  ÜST like
  • 08 İyl 18:42  
Dünya “Koronavirusun yeni ştammları vaksinlərə qalib gəlir” ÜST

"Koronavirus ştammları hazırda vaksinlərin istehsalında və paylanmas

arrow Ətraflı
"Namus məsələsinə görə ölməyə də razıyam"  Afət Fərmanqızı like
  • 08 İyl 18:36  
Şou-biznes "Namus məsələsinə görə ölməyə də razıyam" Afət Fərmanqızı

Müğənni Afət Fərmanqızı "Xəbər-ətər" verilişində xanım h

arrow Ətraflı
Gədəbəydə ölümə səbəb olan dəhşətli selin görüntüləri  VİDEO like
  • 08 İyl 18:30  
Digərləri Gədəbəydə ölümə səbəb olan dəhşətli selin görüntüləri VİDEO

Gədəbəydə çobanı aparan selin görüntüləri yayılıb.

arrow Ətraflı
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək  FOTO like
  • 08 İyl 18:28  
Siyasət Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək FOTO

Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə 4-8 oktyabr 2021 tarix

arrow Ətraflı
Rafael Cəbrayılov özünü təqsirli bilmir like
  • 08 İyl 18:26  
Digərləri Rafael Cəbrayılov özünü təqsirli bilmir

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin həbsdə olan

arrow Ətraflı
"İnsanı evindən çıxaranda necə olar"  Əməkdar Artist like
  • 08 İyl 18:24  
Şou-biznes "İnsanı evindən çıxaranda necə olar" Əməkdar Artist

"Pandemiya imkan verdi ki, bir çox şeyə kənardan baxdıq. Sənətə, h

arrow Ətraflı
Ağstafaçay su anbarı təmizlənir  VİDEO like
  • 08 İyl 18:18  
Digərləri Ağstafaçay su anbarı təmizlənir VİDEO

Anbar 74 min ha ərazini su ilə təmin edir

arrow Ətraflı
Gəncədə avtoxuliqan həbs edildi  FOTO like
  • 08 İyl 18:14  
Digərləri Gəncədə avtoxuliqan həbs edildi FOTO

Gəncə şəhərində avtoxuliqanlıq edən şəxs saxlanılıb.

arrow Ətraflı
Gecəyə damğasını vuran süpriz qonaq  Paltarı qalxdı, sinəsi çöldə qaldı  FOTO like
  • 08 İyl 18:12  
Şou-biznes Gecəyə damğasını vuran süpriz qonaq Paltarı qalxdı, sinəsi çöldə qaldı FOTO

Ötən gün start götürən Kann Film Festivalı sürpriz qonağı ilə gündə

arrow Ətraflı
Bakıda avtomobil piyadanı vurub, öldürdü like
  • 08 İyl 18:06  
Digərləri Bakıda avtomobil piyadanı vurub, öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Diplomatik xidmət orqanları əməkdaşları təltif edildi like
  • 08 İyl 18:05  
Siyasət Diplomatik xidmət orqanları əməkdaşları təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanl

arrow Ətraflı
Azərbaycanlı aktrisa: “Sevgilim 67 uşaq istəyir”  FOTO like
  • 08 İyl 18:00  
Şou-biznes Azərbaycanlı aktrisa: “Sevgilim 67 uşaq istəyir” FOTO

Türkiyədə yaşayan Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə alış-veri

arrow Ətraflı