"İnsanı evindən çıxaranda necə olar" Əməkdar Artist


Şou-biznes 08 İyl 2021 18:24:00 162 0

"İnsanı evindən çıxaranda necə olar"  Əməkdar Artist

"Pandemiya imkan verdi ki, bir çox şeyə kənardan baxdıq. Sənətə, həyata, insanlara baxışımız dəyişdi. Ona görə də düşünürəm ki, dəyişikliklər çox olacaq. Əvvəlki kimi heç nə olmayacaq. Çıxış yolları, variantları tapmaq lazımdır. İşimizə qayıtmaq üçün işlər gedir".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli İTV-yə açıqlamasında deyib. Aktrisa 1 ildən çoxdur ki, teatrların bağlı qalmasından danışıb:

"Ən əsası məsələ isə odur ki, qayıdandan sonra biz tamaşaçıya nə deyəcəyik, hansı mövzulara müraciət edəcək, nələri qabardacağıq. İnandırım sizi ki, həmkarlarımdan kimdən soruşsanız eyni söz deyiləcək: balığı sudan çıxaranda necə olar? Teatr bizim evimizdir, insanı evindən çıxaranda necə olar? Teatr canlı sənətdir. Min onlayn tamaşa olsun, mümkün deyil. Aktyor tamaşaçı nəfəsin duymalıdır. Onda o sehir baş verir".