Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək FOTO


Siyasət 08 İyl 2021 18:28:00 142 0

Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək  FOTO

Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə 4-8 oktyabr 2021 tarixləri arasında keçiriləcək "Eternity-2021 təlimi"nin ilk planlaşdırma iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İclas Quru Qüvvələri Təlim İdarəetmə Mərkəzi Komandanlığında videokonfrans şəklində keçirilib.