Bakıda avtomobil piyadanı vurub, öldürdü


Digərləri 08 İyl 2021 18:06:00 139 0

Bakıda avtomobil piyadanı vurub, öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyulun 7-də saat 22 radələrində Yasamal rayonu ərazisində Xırdalan şəhər sakini E.Qulamov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İlhamə Yusifovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.